Biləsuvarda  ağır qəza - Ölən var

Biləsuvarda ağır qəza - Ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisənin baş verdiyi kəndin sakini olan Əmənov Şərifağa Zahir oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücünün cansız bədəni ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb. Bundan az sonra avtomobil alışaraq kül olub.

Qeyd edək ki, vəfat edən şəxs ev ustası olub.

Şahidlərin sözlərinə görə, o, evinə dönərkən idarə etdiyi maşınla yolda dönmə manevri etmək istəyərkən qəzaya düşüb.