Biləsuvarda traktordan yıxılan kişi ölüb

Biləsuvarda traktordan yıxılan kişi ölüb

Biləsuvarda traktordan yıxılan kişi 4 gün sonra müalicə aldığı xəstəxanada ölüb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdullayev Nahid Qurban oğlu iyulun 15-də ot presi yığarkən traktorun qoşqusundan yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Abdullayev dünən Bakıda xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.