Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda avtomobil piyadanı vurub öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. Report.az