OPEC+ alyansı avqust ayından etibarən gündəlik neft hasilatını təxminən 188 min barel artırmaq barədə ilkin razılığa gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” danışıqlarla tanış mənbələrə istinadən məlumat yayıb.
Qərarın 5 iyulda keçiriləcək onlayn iclasda təsdiqlənməsi gözlənilir. Qərar qəbul olunarsa, iyun və iyul aylarında razılaşdırılan artımlardan sonra hasilatın artırılması prosesi davam edəcək.
Qeyd edək ki, OPEC dünya üzrə təsdiqlənmiş neft ehtiyatlarının təxminən 80 faizinə, qlobal xam neft hasilatının isə 38 faizinə nəzarət edir. Təşkilat dünya neft ixracının yarıdan çoxunu təmin edir.(Qafqazinfo)











