Ukrayna ordusuna məxsus Su-24M (Suxoy) bombardmançı təyyarəsi tapşırıq yerinə yetirərkən Xmelnitski vilayətində qəzaya uğrayıb, hər iki pilot həlak olub.
NOCOMMENT.az xəbər verir ki,Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, orduya məxsus Su-24M bombardmançı təyyarəsi yerli vaxtla axşam saat 19:00-da Xmelnitski bölgəsində qəzaya uğrayıb.
Açıqlamada döyüş təyyarəsinin missiya zamanı qəzaya uğradığı qeyd olunub: “Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları qəza yerində işlərini davam etdirir. İlkin məlumata görə, mülki əhali arasında itki yoxdur. Qəzanın səbəbləri və şəraiti araşdırılır.”
ƏLİ,












