Lionel Messi Dünya Çempionatına het-triklə başladı – Rekordları qırdı

Lionel Messi Dünya Çempionatına het-triklə başladı – Rekordları qırdı

2026 FIFA Dünya Kubokunda I qrupunun ilk oyununda son çempion Argentina Əlcəzairlə qarşılaşıb. Turnirə qələbə ilə başlayan Argentina, Lionel Messinin het-triki sayəsində 3:0 hesabı ilə qalib gəlib. Messi möhtəşəm qollar vuraraq bir neçə rekorda imza atıb. Argentinalı ulduzun vurduğu qolları təqdim edirik.

NOCOMMENT.az xəbər verir ki, argentinalılar 5-ci dəqiqədə Messinin qolunu, əlcəzairlilər isə 9-cu dəqiqədə Çaibinin qolunu bayram ediblər. Lakin hər iki qol oyundankənar vəziyyətə görə qəbul edilməyib.

Argentinanın topa nəzarət etdiyi və rəqibin meydanında üstünlük qazandığı qarşılaşmada hesabı açan Lionel Messi olub.