Dünyasını dəyişən xalq artisti BU MƏŞHUR ŞƏXSİN bacanağı imiş...

Dünyasını dəyişən xalq artisti BU MƏŞHUR ŞƏXSİN bacanağı imiş...

Azərbaycan teatrı və kinosu növbəti ağır itki ilə üzləşib. Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında vəfat edib.

Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, uzun illərdir İsraildə yaşayan sənətkar məhz həmin ölkədə dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Tofiq Mirzəyev son illər müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirdi. Buna baxmayaraq, onun vəfatı sənət cameəsi üçün gözlənilməz olub və qəfil baş verib.

Tofiq Mirzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarın bacanağı idi. Onları uzun illər davam edən ailə bağları ilə yanaşı, sənətə və milli mədəniyyətə xidmət missiyası da birləşdirirdi./bakivaxti.az/