Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Babək Ələkbərov uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxaraq Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi təyinatlılarının iştirak etdiyi mərasimdə görüntülənib.
NOCOMMENT.az xəbər verir ki, DSX-nin "N" saylı hərbi hissəsində növbəti "Çevikçi" kursunu uğurla başa vuran hərbi qulluqçulara beretlərin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə DSX-nin rəhbərliyi ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov da iştirak edib.
Diqqət çəkən məqamlardan biri də Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovun uzun fasilədən sonra yenidən kameralar önünə çıxması olub.
O, mərasim zamanı çəkilən kadrlarda digər DSX zabitləri ilə birlikdə görüntülənib.
Onun görüntülərini təqdim edirik./Bakıvaxtı.az













