Gədəbəydə UAZ dərəyə aşdı - Sürücü öldü

Gədəbəydə UAZ dərəyə aşdı - Sürücü öldü

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə UAZ dərəyə aşıb.

Qəza zamanı sürücü, 1985-ci il təvəllüdlü A.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır./Unikal/