18.11.2025-ci il tarixində saat 00:20 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatda bildirilib.
Məlumata əsasən, qarının beldən aşağı hissəsinin və çanağın açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***08:58
Gəncə sakini bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində T. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhməd Həsənov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Gəncədə bıçaqlanma qeydə alınıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsi, Aşıq Ələsgər küçəsində baş verib.
Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü Tural İsmayılov olduğu müəyyən edilib. Onun vəziyyəti kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.












