Gəncədə kişi bıçaqlandı – Saxlanılan var

Gəncədə kişi bıçaqlandı – Saxlanılan var

Gəncə sakini xəsarət yetirən şəxs saxlanılıb.

NOCOMMETN.az -ın Qərb bürosunun məlumatına görə , polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində R. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 39 yaşlı Azər Aşuralıyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

***13:08

Gəncədə kişi döş qəfəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə , dünən gecə saat 00:10 radələrində 1996-cı il təvəllüdlü kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Pasiyentə döş qəfəsinin çoxsaylı açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib.

Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir və müalicəsi müvafiq şöbədə davam etdirilir.

Turab