Gəncədə qadını bıçaqlayıb öldürdülər – YENİLƏNİB – FOTO

Gəncədə qadını bıçaqlayıb öldürdülər – YENİLƏNİB – FOTO

Gəncədə qadını qətlə yetirən şəxs tutulub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, cinayəti törətməkdə şübhəki bilinən 42 yaşlı Alıyev Ramin polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən qadının 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

***

20:26

Gəncədə qətlə yetirilən qadın kimliyi məlum olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, qətlə yetirilən 1994-cü il təvəllüdlü Ayşən Sadıxovadır.

Hadisənin baş vemə səbəbləri araşdırılır.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

***

20:19

Gəncədə qətl hadisəsi olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Müayinə zamanı qadının öldüyü məlum olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Əraziyə polis və prokurorluq orqanlarının cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.