Putini hərbi qiyamla hədələyən veteran hərbçi həbs edilib

Putini hərbi qiyamla hədələyən veteran hərbçi həbs edilib

Ukrayna ilə müharibənin iştirakçısı olan Aleksandr Lunin, Rusiya prezidenti Vladimir Putinə hərbi qiyam barədə xəbərdarlıq etdiyi video-müraciətindən sonra həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Lunin 11 sutka müddətinə inzibati qaydada saxlanılıb. Bu barədə onun həyat yoldaşına istinadən sosial şəbəkə hesabında məlumat verilib.

Həyat yoldaşının sözlərinə görə, iyunun 27-nə keçən gecə Voronej vilayətindəki evlərində axtarış aparılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları kompüterlər, noutbuklar və müxtəlif informasiya daşıyıcılarını müsadirə ediblər. Məlumata görə, Aleksandr Lunin axtarışdan bir qədər əvvəl Moskvaya yola düşüb və bundan sonra onunla əlaqə kəsilib.

İyunun 25-də dərc etdiyi müraciətdə Lunin orduda baş verən işgəncə və zorakılıq hallarından bəhs edib. O, prezidentlə görüşmədiyi və televiziyada çıxışına imkan yaradılmadığı təqdirdə, ordunun silahı Kremlə qarşı çevirəcəyi ilə hədələyib. Bir sutka ərzində 12 milyona yaxın baxış sayı toplayan bu video geniş rezonans doğurub. Kreml hadisədən xəbərdar olduqlarını bildirsə də, videonun məzmunu ilə tanış olmağa vaxt tapmadıqlarını qeyd edib.

Sara,