Məşhur argentinalı futbolçu Lukas Trexonun həyat yoldaşı və iki uşağı Venesueladakı zəlzələdən sağ çıxa bilməyib. Onların cəsədləri 74 saatlıq axtarışdan sonra dağıntılar altından çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xəbəri futbolçunun oynadığı klub, "Maritimo" İnstaqram hesabında açıqlayıb.
Komandanın mətbuat xidməti Trexonun ailə faciəsi, itki ilə bağlı oyunçuya dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, 38 yaşlı Lukas Trexo fevral ayından bəri Venesuela klubunda oynayır və ailəsi də onunla bərabər ölkəyə köçmüşdü. Publika.az











