Goranboyda evdən yeniyetmənin meyiti tapılıb

Goranboyda evdən yeniyetmənin meyiti tapılıb

Goranboyda evdən meyit tapılıb.

Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.