Goyçayda bədbəxt hadisə baş verib.
NOCOMMENT.az-ın Göyçay bölgə müxbirinin verdiyi xəbərə görə, maşın kanala aşıb, sürücü ölü tapılıb.
Hadisə rayonun Dövranlı kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb.
Kənd sakinləri kanaldan 1965-ci il təvəllüdlü sürücü Talıbov Habil Məhəmmədəli oğlunun cansız bədənini çıxarsalar da, avtomobil suda qalıb.
Xatırladaq ki, suda batan Dövranlı kənd sakini ailəli olub, üç övladı var.
Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.












