Göyçayda motosiklet qəza törətdi, xəsarət alan var – YENİLƏNİB

Göyçayda motosiklet qəza törətdi, xəsarət alan var – YENİLƏNİB

Göyçayda motosiklet sürücüsü dayanmış avtomobilə çırpılıb, xəsarət alan var.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletçi yol kənarında dayanmış Hyundai markalı minik maşınına çırpılıb. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

Məlumata görə, qəza zamanı xəsarət alan şəxs 2001-ci il təvəllüdlü Göyçay sakini Abdullayev Rəşaddır.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.