Pakistanda 5,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Hələlik itki və ya dağıntılar barədə hər hansı məlumat yoxdur.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bundan bir neçə saat əvvəl, cümə günü axşam saatlarında ölkədə 5,3 maqnitudalı zəlzələ də qeydə alınmışdı. Milli Seysmologiya Mərkəzinin məlumatına görə, həmin yeraltı təkanların ocağı 75 km dərinlikdə yerləşib.
Sara,
NOCOMMENT.az











