Ermənistanda yüksək vəzifəli şəxslə bağlı növbəti cinayət işi gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Gümrü şəhərinin sabiq meri Vardan
Qukasyanın keçmiş mətbuat katibi Asmik Virabyan saxlanılıb.
O, külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabr ayından həbsdə saxlanılır. O, Rusiyanın Ermənistandakı əsas dayaqlarından biri idi. Musavat.com











