Hərbi komissarlığa silahlı hücum: Dörd nəfər yaralandı - Bu ölkədə

Hərbi komissarlığa silahlı hücum: Dörd nəfər yaralandı - Bu ölkədə

Ukraynanın Odesada şəhərində hərbi xidmətdən yayınan şəxs hərbi komissarlıq əməkdaşlarına qarşı atəş açıb. Hadisə nəticəsində dörd hərbi komissarlıq əməkdaşı yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, axşam saatlarında hərbi formada olan komissarlıq əməkdaşları Kosmonavtlar küçəsindəki yaşayış binasının qarşısında səfərbərlik tədbirləri keçirməyə gəliblər. Binanın blokundan çıxan kişi tapançadan onlara atəş açıb. İlkin məlumata görə, saxlanılma cəhdindən sonra o, mənzildə tapançayla daldalanıb. Hazırda hakimiyyət orqanları onun mənzilinə şтурm təşkil etməyi planlaşdırır.

Yerli sakinlər şərhlərdə komissarlığın fəaliyyətini sərt şəkildə tənqid edir və qurumun nümayəndələrinə qarşı narazılıqlarını açıq şəkildə dilə gətirirlər. Onlar həmçinin iddia edirlər ki, bölgədə artıq səfərbər olunacaq şəxslərin qalmaması səbəbindən hərbi komissarlıq əməkdaşları şəhər içində "ov" edirlər.

Sara,