Vardanyana görə Azərbaycana gəlməkdən imtina etdi

Vardanyana görə Azərbaycana gəlməkdən imtina etdi

"Ruben Vardanyan orada həbsdə olduğu müddətcə Azərbaycana ayaq basmayacam".

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı və publisist, “Qara Qu quşu” kitabının müəllifi Nassim Taleb özünün X hesabında yazıb.

"Məndən mühazirə oxumaq üçün Azərbaycana getməyim istəndi. Mən imtina etdim. Ruben Vardanyan orada həbsdə olduğu müddətcə Azərbaycana ayaq basmayacam", - deyə Taleb bildirib.

Qeyd edək ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./Unikal/