İsmayıllı-Qəbələ yolunda hərəkətdə olan, saman daşıyan yük maşını qəfil yanmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Aşıqbayramlı gölünün yaxınlığında baş verib.
İlkin məlumata görə, samanla yüklənmiş yük maşınında qəfildən yanğın başlayıb və alov qısa müddətdə yükü əhatə edib.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına məlumat verilib. Yanğınsöndürənlər qısa müddətdə hadisə yerinə çataraq alovun söndürülməsi istiqamətində tədbirlər görüblər.
Yanğının söndürülməsinə yol polisi əməkdaşları da kömək edib. Görülən tədbirlər nəticəsində yanğın nəzarətə alınaraq söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və yanğının dəqiq səbəbi barədə əlavə məlumat verilmir.











