İsmayıllıda zəncirvari qəza – Ölən və yaralananlar var – VİDEO

İsmayıllıda zəncirvari qəza – Ölən və yaralananlar var – VİDEO

İsmayıllıda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub.

İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011”ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011”də olan 2 nəfər hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü ilə sərnişinləri xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. (Qafqazonfo)

Qəzanın görüntülərini təqdim edirik: