“BYD” qəza törətdi - Piyada öldü

“BYD” qəza törətdi - Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, 1997-ci il təvəllüdlü D.Nəsirov gecə saat 01 radələrində idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Fakta görə Xəzər RPİ-də cinayət işi başlanıb.