Azərbaycan Ordusunun zabiti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xidmət edən leytenant Nicat Əzizov barəsində cinayət işi üzrə prosessual qərar qəbul edilib.
NOCOMMENT.az xəbər verir ki o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunub.
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında istintaq orqanının təqdimatına baxılıb və təqsirləndirilən şəxs barəsində 2 il müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.\\Bakıvaxtı.az












