İspaniyada 2026-cı ildə isti hava şəraiti səbəbindən 3800 nəfərdən çox insan həyatını itirib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə krallığın Baş naziri Pedro Sançes bildirib.
Hökumət başçısı həmçinin bu il ərzində meşə yanğınlarının ölkə ərazisində təxminən 150 min hektar ərazini məhv etdiyini, nəticədə 13 nəfərin həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, yerli meteoroloqların məlumatına görə, 2026-cı ilin birinci yarısı İspaniyada son 65 ilin ən isti dövrü olub. Öz növbəsində, cari ilin iyunu müşahidələrin aparıldığı tarix ərzində ən isti ikinci iyun ayı olub. Orta temperaturun iqlim normasını 3,2 dərəcə üstələdiyi bu ay yalnız 2025-ci ilin iyunundan geri qalıb.












