Bakıda DƏHŞƏTLİ QƏZA - Bu dəfə də motosiklet - VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA - Bu dəfə də motosiklet - VİDEO

Masazır qəsəbəsi ərazisində, duzlu gölün yaxınlığında avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə barədə sosial şəbəkələrdə bloger Saleh Nəsirov məlumat yayıb. İlkin məlumatlara görə, 90-TP-072 dövlət qeydiyyat nişanlı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin tibbi rəylərə görə, yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəzanın başvermə səbəbləri araşdırılır.