Mərdəkanda dənizdə FACİƏ - Axtarışlara başlanıldı

Mərdəkanda dənizdə FACİƏ - Axtarışlara başlanıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT.az-a veirlən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.