Məşhur futbolçu VƏFAT ETDİ - FOTO

Məşhur futbolçu VƏFAT ETDİ - FOTO

Uzun illər "Çelsi"nin bombardiri olan keçmiş hücumçu Bobbi Tamblinq 84 yaşında vəfat edib.

Futbolçu 1959-1970-ci illərdə London klubunun heyətində 370 oyuna çıxıb və 202 qol vurub.


O, bu göstərici ilə "Çelsi"nin tarixində ən çox qol vuran futbolçu rekordunu müəyyənləşdirib.

Tamblinqin rekordu 2013-cü ildə Frank Lampard tərəfindən yenilənib. Lampard "Çelsi" forması ilə 211 qol vuraraq klubun yeni rekordçusuna çevrilib./Milli.Az/