Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
19:39
Mingəçevir su anbarında çimən şəxs boğulub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.












