Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
NOCOMMENT.az xəbər verir ki, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Mirimli vəfat edib. Mərhum qaraciyər xəstəliyindən əziyyət çəkirdi.
M.Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində doğulub. Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.
Qarabağın işğalından sonra məcburu köçkünlük həyatı yaşayan şair, məskunlaşdığı Biləsuvar ərazisindəki 2 saylı qəsəbədə yerləşən Cəbrayıl rayonu 8 saylı tam orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, tarix fənnindən dərs deyib.
“24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb” və bir sıra başqa kitabların müəllifi idi./Modern.az/












