Goranboy rayonunda yük avtomobili qəza törədib.
NOCOMMENT.az xəbər verir ki, “Shacman” markalı yük avtomobili yoldan çıxaraq aşıb.
Nəticədə, sürücü 35 yaşlı Vüsal Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qəzaya yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəb olub./qafqazinfo.az/












