Naftalanda mənzildən 53 yaşlı qadının meyti tapılıb

Naftalanda mənzildən 53 yaşlı qadının meyti tapılıb

Naftalan şəhərində 53 yaşlı qadın yaşadığı mənzildə dünyasını dəyişib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Naftalanda mənzillərdən birində, 1971-ci il təvəllüdlü Azadə Babayevanın meyiti aşkarlanıb.

Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.