Bu yay bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr vəd edir. Astroloqların proqnozuna görə, planetlərin düzülüşü xüsusilə üç bürcün gəlirində artım və yeni qazanc imkanları yaradacaq.
NOCOMMENT.az həmin bürcləri təqdim edir:
Şir - Yupiterin bu bürcə keçməsi Şirlər üçün uğurlu dövrün başlanğıcı hesab olunur. Biznes, karyera və şəxsi layihələrdə yeni imkanlar yarana bilər. İnvestisiya və yaradıcı fəaliyyətlərdən qazanc əldə etmək ehtimalı yüksəlir.
Xərçəng - Xərçəngləri gəlir artımı və yeni iş imkanları gözləyə bilər. Uzun müddət görülən işlərin bəhrəsini toplamaq üçün əlverişli vaxt sayılır. Rəqəmsal sahələr və yeni layihələr əlavə qazanc gətirə bilər.
Balıqlar - Balıqlar üçün bu dövr maliyyə planlarını yenidən qurmaq baxımından əhəmiyyətli görünür. Öz bacarıqlarına yatırım etmək gələcəkdə daha böyük qazanc təmin edə bilər. Atılan müstəqil addımlar payız aylarında müsbət nəticə verə bilər. Metbuat.az











