Çində dəhşətli yanğın - 28 nəfər ölüb

Çində dəhşətli yanğın - 28 nəfər ölüb

Çində Fucien əyalətinin Cinjiang şəhərində ayaqqabı fabrikində ayaqqabı istehsalı müəssisəsində yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı 28 nəfər həlak olub.

Məlumata görə, yanğın fabrikin istehsal sahəsində başlayıb. Dəhşətli yanğın zamanı yaxınlıqdakı binalarda da sakinlər köməksiz vəziyyətdə qalıblar.

20-yə yaxın şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır. qafqazinfo.az