Son iki gündə Naxçıvan Muxtar Respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yanvarın 13-ü axşam saatlarından başlayaraq isə Naxçıvan şəhərinə ilk qar yağıb.
Muxtar Respublikanın dağlıq bölgələrində isə yağıntı intensiv xarakter alıb. Dağlıq ərazilərdə qarın hündürlüyü 60 santimetrə çatıb.












