“P-Aqro” şirkətinin vəzifəli şəxsi sükan arxasında ürəktutmadan ölüb, maşın kanala aşıb

“P-Aqro” şirkətinin vəzifəli şəxsi sükan arxasında ürəktutmadan ölüb, maşın kanala aşıb

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü 1960-ci il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə avtomobil kanala düşüb.

İlkin məlumata görə, Ə.Əliyev sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum pambıqçılıq sahəsində fəaliyyət göstərən “P-Aqro” şirkətində aqronom vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır./İqtisadiyyat.az/