Ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bu qəza bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında yalnız sürücülər deyil, piyadalar da ciddi məsuliyyət daşıyırlar:
"Kamera görüntüsünü təhlil etdikdə bəlli olur ki, 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılır.
Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb".











