Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, partlayış nəticəsində mədəndə çökmə qeydə alınıb. Geo TV-nin məlumatına görə, ilkin olaraq 9 nəfər qeyd edilən faciə qurbanlarının sayı 34-ə çatıb, hazırda xilasetmə işləri davam edir.
Mədən sahibinin sözlərinə görə, hadisəyə metan partlayışı səbəb ola bilər. Həmin vaxt yeraltında 42 işçi olub. Dağıntılar altında qalan mədənçilərin xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.












