Qazi özünü niyə yandırıb? – Rəsmi açıqlama

Qazi özünü niyə yandırıb? – Rəsmi açıqlama

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

NOCOMMENT.az Qafqazinfo-ya məlumatına görə, məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı Oxu.az-a açıqlama verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb: “Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə Elnur Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, o, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Onun ailəsi məhkəmədə Elnur Əliyevdən 1000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Əvvəl razılıq versə də, məhkəmədə qız özü də şikayətçi olub.