Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb

Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb

Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır.
Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti – Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.