Qərbi Kaspi Universitetinin tələbəsi dəm qazından ölüb

Qərbi Kaspi Universitetinin tələbəsi dəm qazından ölüb

Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Kaspi Universiteti məlumat yayıb.

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib.