Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı irihəcmli layihəyə start verilir.
NOCOMMENT.az xəbər verir ki, MİDA MMC Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4.98 hektar ərazidə 6 çoxmənzilli yaşayış binası inşa edəcək.
Layihənin ehtimal olunan dəyəri 24 milyon 194 min 879 manat təşkil edir.
İlk mərhələdə tikinti sahəsində genişmiqyaslı torpaq işləri görüləcək. Ərazi ekskavatorlarla qazılacaq, çıxarılan torpaq yük avtomobilləri ilə daşınacaq, əraziyə yeni torpaq gətiriləcək və buldozerlə hamarlanaraq binaların təməlinin inşasına hazırlanacaq.
Layihənin həyata keçirilməsi nəticəsində Naxçıvanda yeni yaşayış kompleksi yaradılacaq, mənzil fondu genişlənəcək və əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə imkanlar formalaşacaq. Bununla yanaşı, yeni yaşayış massivinin salınması şəhərin tikinti və şəhərsalma infrastrukturunun inkişafına da töhfə verəcək. Baku.vs









