Güclü leysan yağışları nəticəsində Cağacıq çayına güclü sel gəlib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Cağacıq çayı Quba rayonunun Rustov kəndi ərazisində məcrasından çıxıb.
Nəticədə çayın üzərindəki körpülərdən birinə, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.












