Rusiyada axtarışa verilən 21 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb – YENİLƏNİB

Rusiyada axtarışa verilən 21 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb – YENİLƏNİB

Rusiyada federal axtarışa verilən Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Moskva prokurorluğundan bildirilib.

Qeyd edilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.

***

12:42

Rusiya Azərbaycan vətəndaşı Şahin Abbasovu federal axtarışa verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov federal axtarışa verilib.