Sabunçuda yaşayış binasında yanğın: zəhərlənənlər var

Sabunçuda yaşayış binasında yanğın: zəhərlənənlər var

Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca telefon və internet kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.