Samuxda ölümlə nəticələnən hadisə baş verib.
NOCOMMENT.az bildirir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.
Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb. (AZƏRTAC)











