Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb.


Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.