Şəki rayonunun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 156 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır. Sonuncu dəfə onun əynində qırmızı rəngli köynək və qara yubka olub.












