Şəmkir sakini əmisi oğlu tərəfindən bıçaqlandı – son durumu /YENİLƏNİB

Şəmkir sakini əmisi oğlu tərəfindən bıçaqlandı – son durumu /YENİLƏNİB

16.11.2025-ci il tarixində saat 17:20 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi) xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a məlumat verilib.

Bildirilib ki, ona döş qəfəsinin sağ yuxarı iç səthinin 5-ci qabırğa səviyyəsində daxilə keçən kəsilmiş-deşilmiş yarası, qarının aşağı hissəsinin sağ iç hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsini Cərrahiyyə şöbəsində davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***20:48

Şəmkir sakini bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Polis şöbəsinin əməkdaşkarını keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki hər iki şəxs həm əmioğlu həmdə xalaoğludur.

***

Şəmkirdə bıçaqlanma olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.